İtaliyada koronovirus pandemiyası ilə mübarizə çərçivəsində fövqəladə vəziyyət rejimi martın 31-dək uzadılıb.
"Unikal" xəbər verir ki, Cənubi Afrikada ortaya çıxan və koronavirusun sürətlə yayılan "omikron" ştamı ölkələri yeni tədbirlər görməyə məcbur edib. İtaliya hökumətinin qərarı ilə dekabrın 31-də başa çatması planlaşdırılan fövqəladə vəziyyət daha 3 ay qüvvədə qalacaq.
Gündəlik 20 mindən çox yoluxma faktının qeydə alındığı İtaliyada epidemiya başlayandan bəri ümumilikdə 135 min 178 nəfər həyatını itirib.
Ağarza Elçinoğlu