Malayziya hökuməti koronavirusun "omikron" ştamının yayılması təhlükəsi ilə əlaqədar Yeni il tədbirlərini ləğv edib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Malayziyanın səhiyyə naziri Hayri Camaluddin bildirib.
Yeni il və Milad bayramı şərəfinə kiçik tədbirlər isə COVID-19 üçün testdən keçmək şərtilə təşkil edilə bilər.
Qərar yerli həkimlər tərəfindən əvvəllər müəyyən edilmiş "omikron" ştamına iki yoluxma halı fonunda verilib.