İrəvanın Ümumi Yurisdiksiya Məhkəməsinin qərarı ilə “Mamikon Aslanyan” partiyalar blokunun Vanadzor merliyinə namizəd Mamikon Aslanyan həbs edilib.
"Unikal" xəbər verir ki, bu barədə vəkil Yervand Varosyan öz "Facebook" səhifəsində yazıb. Onun sözlərinə görə, məhkəmə Mamikon Aslanyanın həbsi ilə bağlı açıq-aşkar qanunsuz qərar qəbul edib.
“Bu günə qədər hər zaman siyasi sifariş yerinə yetirilib.Mən xüsusilə hakim Arusyak Aleksanyana təəssüflənirəm. Sistem insanları yeyir və hər kəs sistemə müqavimət göstərmək iqtidarında deyil", - Varosyan yazıb.
Gülayə Mecid