Türkiyədə bu gecə yarısından etibarən benzinin 1 litr satış qiyməti 56 qəpik (kuruş) artırılıb. 

"Unikal" xəbər verir ki, qiymət artımından sonra benzinin 1 litr üçün satış qiyməti İstanbulda 10,34 lirədən 10,90 lirəyə, Ankarada 10,41 lirədən 10,97 lirəyə, İzmirdə 10,43 lirədən 10,99 lirəyə yüksəlib. 

Qeyd edək ki, Türk lirəsinin dollara nisbətdə kütləvi ucuzlaşması davam edir. 

Ağarza Elçinoğlu