Türkiyə parlamentində bu dəfə qadın deputatlar dava edib.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyə parlamentində çıxışı zamanı hakim partiyanın qadın üzvü Bahar Ayvazoğlu Cümhuriyyət Xalq Partiyasının lideri və deputatlarını hədəfə alıb.
İqtidar qadın deputata cavab verən müxalifət partiyasının qadın deputatları arasında mübahisə düşüb. Daha sonra onlar arasında mübahisə əlbəyaxa davaya çevrilib. Bu zaman iclasda iştirak edən kişi deputatlar qadınları ayırmağa çalışıblar.
Gülayə Mecid