İngiltərənin Sutton şəhərində evlərin birində yanğın hadisəsi qeydə alınıb.

"Unikal" xəbər verir  ki, yanğın yerinə təcili yardım və yanğınsöndürənlər cəlb olunub. Evdə olan 4 uşağa hadisə yerində ilkin tibbi yardım göstərilib. Lakin uşaqlar  xəstəxanaya aparılankən yolda dünyalarını  dəyişiblər. 

Polis yanğının səbəbləri ilə bağlı araşdırmalara başlayıb.