Azərbaycanın Xankəndi, Xocalı, Xocavənd və Ağdərə ərazilərində mobil rabitə ilə bağlı problemlər yaranıb.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Bildirilir ki, sülhməramləların olduğu ərazilərdə mobil danışıq və internet şəbəkələrində tamamilə məhdudiyyətlər yaranıb.