Türkiyənin Çorum bölgəsində 4,1 bal gücündə zəlzələ olub.
"Unikal" xəbər verir ki, bu barədə məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
Bölgənin Bayat adlı ərazisində baş verən zəlzələdə hələ ki, dağıntı və xəsarət alanlarla bağlı məlumat daxil olmayıb.