Rusiya baş nazirinin müavini Aleksey Overçuk yaxın günlərdə Ermənistana səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Bildirilir ki, Rusiya tərəfdən nəqliyyat kommunikasiyalarının bloklanması üzrə üçtərəfli işçi qrupunun həmsədri olan Overçuk Ermənistan-Rusiya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 20-ci iclasında iştirak etmək üçün nümayəndə heyəti ilə İrəvana gələcək.
Səfər dekabrın 21-22-də baş tutacaq.
Gülayə Mecid