Rusiya məhkəməsi "Facebook" sosial media platformasını cərimələyib.
"Unikal" xəbər verir ki, səbəb kimi şirkətin tələb olunan qadağan olunmuş məzmunu silməməsi göstərilib.
Bildirilir ki, Rusiya “Facebook”u üç ayrı iş üzrə 13 milyon rubl cərimələyib.
Rusiyada əvvəlkilərlə birlikdə “Facebook”a bu il tətbiq edilən ümumi cərimə 83 milyon rubl təşkil edib.