İçməli su olmayacaq

İstehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri Yasamal rayonu M.Müşfiq küçəsində yeni çəkilmiş 500 mm diametrli magistral su xətti şəbəkəyə qoşulur. Bununla əlaqədar 19-20 fevral 2013-cü il tarixlərində Bakı şəhəri Səbail rayonunun Badamdar və Bayıl qəsəbələrinin bəzi yerlərinə, eləcə də Yasamal rayonunun Yeni Yasamal yaşayış massivinin bir hissəsinə içməli su müəyyən məhdudiyyətlərlə veriləcək. Bu barədə məlumat yayan “Azərsu” ASC abunəçilərdən yaranmış narahatlıqla əlaqədar üzr istəyir.
Badamdar, Bayıl və Yeni Yasamal sakinlərinin nəzərinə!