Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 784 yoluxma halı qeydə alınıb, 53 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 906 965, ölənlərin sayı isə 13 024 nəfərə çatıb. Virusa yoluxanlardan 854 630 nəfərin sağaldığı bildirilib.