Pakistanın cənubundakı Karaçi şəhərində binada baş vermiş partlayış nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, partlayış özəl bank binasında baş verib. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə gələn mütəxəssislər partlayışın səbəblərini araşdırırlar. Axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, bundan əvvəl Pakistan polisi 10 nəfərin ölməsi barədə məlumat vermişdi.

Partlayışın qaz sızmasından baş verə biləcəyi istisna edilmir. 

***15:18

Pakistanda partlayış olub.

"Unikal" “Habertürk”ə istinadən bildirir ki, hadisə Karaçi vilayətində baş verib.

Partlayış nəticəsində ən az 10 nəfər ölüb, 13 nəfər yaralanıb.

Məlumata görə, kanalizasiyada yığılmış qazın alovlanması partlayışa səbəb olub.