Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış olub. 

"Unikal" xəbər verir ki, partlayış nəticəsində azı 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Məlumata görə, insident Kabilin Barki qovşağında avtomobilə bərkidilmiş maqnit minasının partlaması nəticəsində qeydə alınıb.

Əfqanıstan Daxili İşlər Nazirliyi partlayışın yerli sakinlər tərəfindən daşınan qaz balonunun partlaması nəticəsində baş verdiyini iddia edir.