İtaliyanın şimalındakı Piemont bölgəsinin Turin şəhərində tikinti kranının binanın üzərinə aşması nəticəsində azı 3 nəfər həlak olub.
"Unikal" xəbər verir ki, 2 nəfər hadisə yerində, digəri isə xəstəxanada həyatını itirib. Bundan əlavə, yoldan keçən 3 nəfər də xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, hadisəyə səbəb kranın alt hissəsindəki konstruksiyanın dağılması olub. Kran yeddi mərtəbəli binanın üzərinə aşıb.
Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb, xilasetmə işləri davam etdirilir.