London meri Sadiq Xan Omicron ştamına yoluxma hallarının artması fonunda fövqəladə vəziyyət elan edib.
"Unikal" xəbər verir ki, bu barədə Sadiq Xan pandemiya ilə bağlı ölkədəki vəziyyəti şərh edərkən bildirib.
“Həmkarlarımla məsləhətləşdikdən sonra mən bu gündən etibarən fövqəladə vəziyyət elan etmək qərarına gəldim. Omicrona yoluxma hallarının böyük artımından son dərəcə narahatıq. Son 24 saatda pandemiyanın başlanğıcından bəri ölkə üzrə ən çox yoluxma halını gördük”, deyə mer vurğulayıb.
O, əlavə edib ki, xəstəxanaya yerləşdirilənlərin sayı da artır ki, bu da tibbi kadr çatışmazlığına səbəb olur.