Pakistanın Bəlucistanın əyalətinin Kvetta şəhərində bazarda partlayış baş verib.
"Unikal" xəbər verir ki, adisə nəticəsində azı bir nəfər ölüb, on nəfər yaralanıb.
Kvetta mülki xəstəxanasının nümayəndəsi doktor Vasim Baiq zərərçəkənlərin xəstəxanaya yerləşdirildiyini bildirib.
Terrorla mübarizə idarəsinin sözçüsü qeyd edib ki, partlayış motosikletə yerləşdirilən qurğu ilə törədilib. Onun sözlərinə görə, bir çox avtomobilə ziyan dəyib. Təhlükəsizlik qüvvələri partlayış yerini mühasirəyə alıb və sübutlar toplayır.