Qırğızıstanın Türkiyədən aldığı “Bayraktar TB2” pilotsuz uçuş aparatları ölkəyə çatıb.
"Unikal" xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin Mətbuat Mərkəzi açıqlama yayıb.
Bildirilib ki, Qırğızıstan Prezidenti Sadır Japarova PUA-ların iş sistemi haqqında məlumat verilib və uçuş nümunəsi göstərilib.
Əlavə edilib ki, PUA-lar bütünlüklə ölkənin müdafiə təhlükəsizliyinin təmin edilməsi, o cümlədən, dövlət sərhədlərinin mühafizəsi üçün istifadə olunacaq.