Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Əfqanıstanda humanitar vəziyyətə həsr olunmuş növbədənkənar iclasında iştirak etmək üçün Pakistana səfər edib.
"Unikal" xəbər verir ki, Türkiyənin xarici siyasət idarəsinin rəhbəri bu barədə özünün "Twitter"dəki səhifəsində bildirib.
“İslam Əməkdaşlığı Təşkilatının Əfqanıstan üzrə Xarici İşlər Nazirləri Toplantısında iştirak etmək və ikitərəfli təmaslar aparmaq üçün qardaş Pakistandayıq”, - deyə M.Çavuşoğlu sosial şəbəkədəki hesabında yazıb.
İslam İşbirliği Teşkilatı’nın #Afganistan konulu Dışişleri Bakanları Toplantısına katılmak ve ikili temaslarda bulunmak üzere kardeş #Pakistan'dayız.
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) December 18, 2021
In brotherly Pakistan to attend the Meeting of the @OIC_OCI Council of FMs on #Afghanistan & to hold bilaterals. 🇹🇷🇵🇰 pic.twitter.com/kcQwhdkH36