Ukraynanın qərbində yerləşən İvana Frankovsk şəhərinə qara qar yağıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, vətəndaşlar təbiət hadisəsinə təəccüblənib və aidiyyəti qurumlara müraciət edərək, qarın niyə qaraldığının araşdırılmasını tələb ediblər.
Hadisə ilə bağlı Prezident Vladimir Zelenskiyə də məktub yazılıb. Şəhər sakinləri qara qarın yağmasına səbəb olan amillərdən biri kimi rayondakı İES-i göstərib.