Rusiyada Kemerovo vilayətinin Leninsk-Kuznetski şəhərində A.D.Ruban ADINA kömür mədənində şaxtaçılar təxliyə edilir.
"Unikal" xəbər verir ki, buna səbəb baş verən yanğındır.
Qeyd olunub ki, hazırda 128 şaxtaçı təxliyyə edilir.
Onu da deyək ki, Kemerovo vilayətinin şaxtalarında iki mindən çox qanun pozuntusu aşkar edilib, onlara görə 837 inzibati iş açılıb. Bunlardan 346-sı əməyin mühafizəsi standartlarının pozulması ilə bağlıdır.