"Procter & Gamble" markalarında (P&G) xərçəngə səbəb olan kimyəvi maddə aşkar edilib.
"Unikal" xəbər verir ki, şirkət bəzi quru şampun və saç kremlərini geri çağırıb.
Bildirilib ki, P&G adıçəkilən xərçəngə səbəb olan kimyəvi maddənin olması səbəbindən məhsullarını geri çağırdığını açıqlayıb.
Geri çağırılma onlayn və ABŞ mağazalarında satılan "Pantene", "Aussie", "Herbal Essences", "Hair Food" və "Waterless" məhsullarına aiddir.
Qeyd edək ki, indiyə qədər məhsullarda heç bir mənfi hal qeydə alınmayıb.
Şirkətin bu açıqlamasından sonra səhmləri 1,1% ucuzlaşıb.
Ağarza Elçinoğlu