Baş Prokurorluq Xızıda qəzaya uğrayan helikopterin "qara qutu"sundan əldə edilən parametrləri yayımlayıb.

"Unikal"a daxil olan açıqlamada qeyd edilir ki, helikopterin bort məlumatlarının qeydiyyatçısından (”qara qutu”dan) götürülmüş helikopterin düşmə anında qeydə alınmış uçuş parametrləri aşağıda qeyd olunan şəkillərdəki kimi olub: "Bunların təhlili göstərir ki, helikopterin vertikal uçuş surəti Uçuş təlimatlarına zidd olaraq normadan artıq olmuş və helikopterin idarəçiliyinin itirilməsinə və qəzaya səbəb olub".