"ABŞ-ın məsuliyyətsiz xarici siyasəti dünyanı III Dünya Müharibəsinə aparır".
"Unikal" xəbər verir ki, bu barədə meksikalı professor Con Sakse-Fernandes “La Jornada” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Amerikalı siyasi liderlər özlərini təkəbbürlü aparır, çoxqütblü dünyada nəzakət hissinə məhəl qoymur, həmçinin BMT-də dövlət suverenliyi prinsipini rədd edirlər. Müəllif hesab edir ki, NATO və ABŞ-ın aqressiv davranışı bütün bəşəriyyətin varlığını təhdid edir.
Müəllif əlavə edib ki, amerikalılar bioiqlim və kapitalist fəlakəti fonunda belə təhlükəli xarici siyasət yürüdürlər.
Gülayə Mecid