"Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri, tanınmış iş adamı İlon Mask 2021-ci ildə nə qədər vergi ödəyəcəyini açıqlayıb.
"Unikal" xəbər verir ki, Mask cari il üçün 11 milyard dollardan çox vergi ödəyəcəyini bildirib. Bununla da o, ölkə tarixində ən böyük vergi ödəyicisi olacaq.
“Bloomberg”in hesbalamlarına görə, iş adamı bu il ən azı 10 milyard dollar vergi ödəyəcək.