Mingəçevirdə yaşayış binasında yanğın olub, ölən və zəhərlənənlər var. 

"Unikal"-ın məlumatına görə, hadisə səhər saatlarında Şah İsmayıl Xətai küçəsi 11 ünvanında yerləşən binanın üçüncü mərtəbəsində baş verib.İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, 6 nəfər isə  tüstüdən zəhərlənib.

Yanğın FHN briqadaları tərəfindən söndürülüb .

Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradlı