İrəvandan İstanbula uçuşlar həyata keçirəcək şirkətin adı açıqlanıb.
"Unikal" xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Mülki Aviasiya Komitəsi yayıb. Belə ki, “Flyone Armenia” bir neçə illik fasilədən sonra Türkiyəyə uçuşlar həyata keçirməyə başlayan ilk erməni aviaşirkəti olacaq.
Qeyd edək ki, Ermənistan şirkətləri 2015-ci ildən etibarən Türkiyə şəhərlərinə uçuşlar həyata keçirməyib.
Bildirək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dünən malayziyalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında yaxın günlərdə İstanbul və İrəvan şəhərləri arasında uçuşlar başlayacağını bildirmişdi.