Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus BMT-nin Cenevrə ofisində jurnalistlərlə ilin ilk və son üz-üzə mətbuat konfransı keçirib.
"Unikal" xəbər verir ki,Tedros Adhanom Qebreyesus bu il 3,3 milyondan çox insanın koronavirus səbəbiylə öldüyünü ifadə edərək, "2022 pandemiyaya son qoyduğumuz il olmalıdır",- deyə açıqlamasında bildirib.
"Heç birimiz 18 ay və daha çox panemiyanın məngənəsində olacağımızı təsəvvür edə bilməzdik. Bu il COVİD-19-dan 3,3 milyon insan öldü. Bu, 2020-ci ildə HİV/QİÇS, malyariya və vərəmdən ölənlərin sayından çoxdur", - deyə baş direktor ölüm hallarının son illərində artmasından narahatlıq keçirdiyini vurğulayıb.
COVİD-19-un "Omicron" variantı ilə bağlı Qebreyesus, "İndi "Omicron"un "Delta" variantından əhəmiyyətli dərəcədə daha sürətli yayıldığına dair ardıcıl sübutlar var. Həmçinin, koronavirusdan peyvənd olunmuş və ya sağalmış insanlarda yenidən yoluxma ehtimalı daha yüksəkdir".
Dünya ölkələrində Yeni il tətillərində böyük izdihamın iştirakının təşkili ləğv edilməsi lazım olduğunu vurğulayan baş direktor, "Ölkələrin festival əsnasında daha diqqətli olması və toplu izdihamı məhdudlaşdırması lazımdır. Bu dövrdə belə təşkilatların təxirə salınması daha çox can qurtaracaq", - deyə ifadə edib.
Gülayə Mecid