"Müəllim olmaq istəyən qanunvericiliyin tələbinə cavab verməlidir".

“Unikal” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, yararsız vəziyyətdə olan uşaq bağçaları barədə hələlik məlumatlı deyil: "Azərbaycan dövləti hər zaman vətəndaşının yaxşı şəraitdə təhsil alması üçün çalışır. Hesab edirəm ki, diqqət və qayğı uşaq bağçalarını da əhatə edəcək".

Murad İbrahimli