Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda ənənəvi Dunçji (Qışın zirvəsi) Çin bayramına həsr olunmuş tədbir keçirilib.

Universitetdən "Unikal"a  verilən məlumata görə, tədbirdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çin mədəniyyətində “Dunçji”nin mühüm yer tutduğunu qeyd edən bayramın yaranma tarixi və fəlsəfəsi haqqında məlumat verib.

Konfutsi İnstitutunun əməkdaşı Nigar Qocayeva bayram mərasimləri barədə məlumat verib, “Dunçji”nin rəmzi olan Meixua gavalı çiçəklərinin uzunömürlülüyü, qışı və gözəlliyi təcəssüm etdirdiyini bildirib.

O, həmçinin düyüdən top şəklində hazırlanmış şirin şorbanın – “tangyuan”ın (Xan sülaləsi dövründə hazırlanan və ailə birliyinin rəmzi sayılan təam) hazırlanması haqqında danışıb.