"Azərbaycanla avtomobil əlaqəsini bərpa etmək imkanı yaranıb".
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstanın paytaxtı Tbilisidə səfərdə olarkən səsləndirib.
“Əgər biz Ermənistanla Azərbaycan arasında yol əlaqəsi üzrə razılığa gələ bilsək, bu layihə əhəmiyyətli dərəcədə dəyişəcək, Şimal-Cənub, Şərq-Qərb marşrutuna çevriləcək”, - deyə Baş nazir deyib.
Paşinyan onu da xatırladıb ki, o, artıq İlham Əliyevlə dəmir yolu əlaqəsinin bərpası ilə bağlı prinsipial razılıq əldə edib.
Eyni zamanda, baş nazir regionda dəmir yollarının inkişafının Gürcüstanın maraqlarına mənfi təsir etməyəcəyini əmin edib.