Ermənistan parlamentində baş verən dava ilə bağlı Milli Təhlükəsizlik Xidmətində cinayət işi başlanıb.
"Unikal" xəbər verir ki, bu barədə vəkil Benik Qalstyan öz "Facebook" səhifəsində yazıb.
"Dekabrın 7-də Ermənistanın parlamentdə baş vermiş hadisə ilə bağlı Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsində cinayət işi başlanıb.Prosesi aparan orqanın obyektiv ibtidai araşdırma aparacağına ümid edirəm".
Xatırladaq ki, dekabrın 7-də parlamentdə hökumətyönlü deputatlar Qraçya Akopyan, Sisak Qabrielyan, Vaaqn Aleksanyan, Armen Xaçatryanın köməkçiləri arasında dava olmuşdu.