Madaqaskarın şimal-şərq bölgəsindəki Fenerive-Est sahilində hərbi helikopter qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, hadisə nəticəsində 4 nəfər, o cümlədən DİN naziri Serj Gelle itkin düşüb.

İnsident günorta saatlarında İvonqoda batan gəminin axtarışı və xilas edilməsi ilə bağlı müzakirələrdən sonra geri qayıdarkən baş verib.

Qeyd edək ki, dünən Madaqaskarın şimal-şərq sahillərində göyərtəsində 130 sərnişinin olduğu yük gəmisinin batması nəticəsində azı 17 nəfər həlak olub, 50-yə yaxın adam itkin düşüb. 

Ağarza Elçinoğlu