"ABŞ prezidenti Cozef Baydenlə Rusiya Prezidenti Vladimir Putin arasında görüş olmayacaq. Yeni görüş hələlik planlaşdırılmır".
"Unikal"
xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken məlumat verib.

Biz həm də Rusiyanın Ukrayna ilə sərhəddən qoşunlarını çıxararaq gərginliyi azaltmasını istəyirik. Gərginliyin artmaqda davam etməsindənsə, belə şəraitdə danışıqlar aparmaq daha məqsədəuyğundur-,Blinken jurnalistlərə deyib.

Qeyd edək ki, son günlər ABŞ ilə Rusiya arasında olan gərginlik daha da artıb. Rusiya prezidenti bu gün Vaşinqtona Ukrayna ilə bağlı sərt xəbərdarlıq da edib.