Türkiyənin Bitlis şəhərinin Tatvan rayonunda iki avtobus aşıb.
"Unikal" xəbər verir ki, bu barədə “Habertürk” telekanalı məlumat yayıb.
Hadisə Tatvan-Van yolunun Yelkənli mövqeyində əlverişsiz hava şəraiti səbəbindən baş verib.
İlkin məlumata görə, qəzalarda 35 sərnişin xəsarət alıb. Qəza yerinə gedən tibbi heyət əksəriyyəti yüngül xəsarət alan sərnişinlərə ilkin tibbi yardım göstərib. Yaralılar daha sonra Tatvan və Bitlis Dövlət Xəstəxanalarına aparılıb.
Qeyd edək ki, Bitlisin mərkəz və rayonlarında iki gündür davam edən qar çovğun və tufana çevrilib.