Rusiyada hərbçilər təbii fəlakət nəticəsində həlak olublar.

"Unikal"  xarici  KİV-ə istinadən xəbər verir ki, Cənubi Osetiyada iki rus hərbçisi qar uçqununun altında qalıb. Nəticədə hər iki şəxs həlak olub.

Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəhbəri Vadim Astafyev bildirib ki, dairənin 5 hərbi qulluqçusu Zaqafqaziya Dəmir Yolu portalının cənub tərəfində qar uçqunu altında qalıb.

3 hərbçiyə  ilkin tibbi yardım göstərilib. Digər ikisinin isə axtarışları aparılır.