İsa Qəmbərin evi 3 min manata görə müsadirə olunacaq
12:28 19-02-2013
CƏMİYYƏT
Əvvəlcə 12 yanvar, daha sonra 26 yanvar aksiyalarında iştirak etdiyi üçün polis tərəfindən saxlanılan və məhkəməyə cəlb edilməklə külli miqdarda cərimələnən gənc fəal Turqut Qəmbərin yaşadığı evə məhkəmə icraçıları ilə gəlib. Onlar T.Qəmbərin cəriməni ödəməsini tələb edirlər. Ancaq gənc fəal məhkəmənin qərarını ədalətsiz saydığından prosesi hüquqi müstəvidə davam etdirmək istəyərək, cəriməni ödəməkdən imtina edib.
Əməkdaşımızın verdiyi xəbərə görə, T.Qəmbərin müsadirə edilməli əmlakı olmasa da, məhkəmə icraçıları onun valideynlərinin - Müsavat başqanı İsa Qəmbərin və politoloq Aida Bağırovanın sərəncamında olan əmlakdan "öz qismətlər"ini götürmək fikrindədirlər.
Reportyorumuz bildirir ki, İsa Qəmbər "arzuolumnaz qonaqlar"ı kandarda qarşılaaraq onlara bildirib ki, bu ev Turqut Qəmbərə yox, ona məxsusdur və oğlu ümumiyyətlə, bu evdə qeydiyyatda deyil.
İsa Qəmbər Nəsimi rayonunun məhkəmə icraçılarına bildirib ki, onlar onun mənzilnə daxil ola bilməzlər və buna ixtiyarları yoxdur. 7 nəfər icraçı bir müddət qapı ağzında dayanıb gözləyilər. Daha sonra İsa Qəmbər onlardan yalnız ikisinin mənzilə daxil olmasına icazə verib və deyib ki, bu evdə olan bütün əmlak ona məxsusdur. Məhkəmə icraçıları bildiriblər ki, onlar evdəki əmlakı qeydə alacaqlar və məhkəməyə verəcəklər, daha sonra məhkəmə ailədən arayış alacaq ki, bu əmlakların içində Turqut Qəmbərə aid olan əşyalar var, ya yoxdur.
Hazırda İsa Qəmbərin evində əmlakın qeydə alınması prosesi gedir.
Qeyd edək ki, Turqut Qəmbərlə eyni gündə eyni aksiyada saxlanılan figər aksiya iştirakçıları da bənzər durumla üzləşiblər. Onlardan bəzilərinin valideynlərinin əmlakı müsadirə olunub, bəziləri isə dostlarından aldıqları avadanlığı əldən verməli olublar. (musavat.com)
Digər Xəbərlər
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44