Xəbər verdiyimiz kimi, dünən Madaqaskarda hərbi helikopter qəzaya uğrayıb.
"Unikal" xəbər verir ki, helikopterdə 4 nəfər, o cümlədən DİN naziri Serj Gelle olub. Qəzaya uğrayan helikopter dənizə düşüb. Əraziyə xilasedici qüvvələr cəlb olunub. Belə ki, dənizdə axtarışlar aparılarkən, nazir Serj Gelle sağ-salamat dəniz sahilində tapılıb. Məlum olub ki, o 12 saat üzərək sahilə çatıb.
Serj Gelle xəstəxanaya yerləşdirilib. Madaqaskarlı nazir hadisə zamanı xəsarət almadığını, lakin soyuqqanlı olduğunu bildirib. O,helikopterin oturacağından istifadə edərək, boğulmaqdan xilas olduğunu açıqlayıb.
Bildirək ki, 57 yaşlı Serj Gelle 30 il polis işlədikdən sonra avqust ayında ölkənin DİN naziri seçilib.
Gülayə Mecid