İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycanda səfərdədir.
İranın Azərbaycandakı səfirliyindən "Unikal"a verilən məlumata görə, nazirin təyyarəsi Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.
O, birgünlük səfər çərçivəsində rəsmi şəxslərlə görüşəcək.
Görüşlərdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və aktual regional məsələlər müzakirə olunacaq.
***
09:56
İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün Azərbaycana səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.
Bildirilir ki, səfər çərçivəsində Hüseyn Əmir Abdullahian Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.
Gülayə Mecid