Çeçenistan rəhbəri Ramzan Kadırov Türkiyə hakimiyyətini Rusiyada cinayət törədən terrorçuları dəstəkləməkdə ittiham edib.
"Unikal" xəbər verir ki, o, Rusiya Xarici İşlər Nazirliyini Türkiyəyə qarşı diplomatik tədbirlər görməyə çağırıb.
"Çeçenistan Respublikası parlamentinin, hüquq-mühafizə orqanlarının və din xadimlərinin nümayəndələri mənə müraciət edərək, Türkiyə hakimiyyətinin Rusiyada cinayət törətmiş terrorçuları ört-basdır edən hərəkətlərinə cavab verməyi xahiş etdilər", - Kadırov Telegram kanalında yazıb.
O, Türkiyə prezidenti Rəcəb Ərdoğana da qərar tələbi ilə müraciət edib: "Ya siz terrorçuları açıq şəkildə dəstəkləyən dövlət statusu alacaqsınız, ya da Rusiya Federasiyasının arxasında öz əqidənizi dəyişmədən, onunla şəffaf və dürüst münasibətləri müdafiə edin".
Kadırov qeyd edib ki, “axtarılan quldurlar və terrorçular” Türkiyədə sığınacaq tapır və açıq şəkildə “parkların terrorçuların adı ilə dəyişdirilməsi üçün toplantılar və tədbirlər təşkil edərək" respublikadan qisas almağa çalışırlar.
O, həmçinin Rusiya Xarici İşlər Nazirliyini Türkiyə hakimiyyətinə qarşı qabaqlayıcı diplomatik tədbirlər görməyə çağırıb, çünki "Türkiyə hakimiyyətinin hərəkətləri əsrlər boyu inkişaf edən Rusiya-Türkiyə münasibətləri üçün birbaşa təhlükədir".
Ağarza Elçinoğlu