"Nə müdafiə naziri, nə Baş Qərargah rəisi, nə də Paşinyan haradan başlayacağını, hardan hərəkət edəcəyini bilmir".
"Unikal" xəbər verir ki, bu barədə deputat Tiqran Abramyan öz "Facebook" səhifəsində yazıb. Onun sözlərinə görə, Ermənistanda hakimiyyət ölkənin məhvinə sürükləyir.
"Davit Tonoyan saxlanılıb, Arşak Karapetyan haqqında heç nə məlum deyil, hazırkı nazirin (Müdafiə naziri Suren Papikyan) fəaliyyətindən və onun prioritetlərindən heç kimin xəbəri yoxdur. Ermənistanda bir aydan çoxdur ki, yeni müdafiə naziri var, amma Papikyan susmaqda davam edir. Surenin fəaliyyəti ilə bağlı yalnız rəsmi açıqlama yayılıb, cəmi bir neçə rəsmi görüş və müzakirələr aparılıb. Onun rəhbərlik etdiyi sistemin bərpası, müharibənin nəticələrinin aradan qaldırılması, hərbi sistemin modernləşdirilməsi barədə hələ ki, heç nə yoxdur. Fərqli insanlar Papikyanın müxtəlif mərhələlərdəki fəaliyyətini təsvir etmək üçün onu təvazökar, səssiz bir insan kimi təqdim etsələr də, onun mövqeyində olan fiqur onun hansı əsas vəzifədə olduğunu dərk etməli, cəmiyyət qarşısında müəyyən hesabatlılıq təmin etməlidir. 2022-ci ilin hərbi büdcəsini bir sözlə ətalət kimi xarakterizə etmək olar. Məndə belə bir təəssürat yaranıb ki, nə müdafiə naziri, nə də Baş Qərargah rəisi, xüsusən də Paşinyan hardan başlayacağını, hara hərəkət edəcəyini bilmir. Paşinyanın 2018-ci ildən sonrakı fəaliyyəti ümumilikdə təhlükəsizlik sistemini sındırmağa yönəlib, onun bütün təşəbbüsləri nəinki uğursuzluğa düçar olub, hətta onilliklər ərzində yaradılanları da silib atıb. Paşinyan elə sistemləri dağıtmaqda davam edir ki, orada şəxsi və peşəkar keyfiyyətlərindən, hakim komandadakı şəraitdən asılı olmayaraq, bütün qüvvələrin və fiqurların bütün əməllərinə, etdiklərinə və etmədiklərinə görə məsuliyyət daşıyacaqlar".
Gülayə Mecid