İranın paytaxtı Tehranın metropolitenində iki qatarın toqquşması nəticəsində 10 nəfər yaralanıb.

"Unikal" xarici  KİV-ə istinadən xəbər verir ki,  hadisə metronun “Çitqar” stansiyasında baş verib. Əraziyə  xilasedici  qüvvələr cəlb olunub.  Toqquşan vaqonlardan 18 nəfər sağ çıxarılıb.

Hadisə yerində xilasedicilər fəaliyyət göstərir.