COVİD-19-a qarşı “AstraZeneca” peyvəndini istehsal edən Oksford Universiteti, Britaniya-İsveçin eyniadlı şirkəti “Omikron” ştammı əleyhinə dərman hazırlamağa başlayıblar.
"Unikal" xəbər verir ki, bu barədə “ Financial Times” “AstraZeneca” şirkətinə istinadən məlumat yayıb.
Oksforddakı tədqiqat qrupunun rəhbəri Sand Duqlasın sözlərinə görə, adenovirus əsasında yaradılan vaksinlər, prinsipcə, istənilən yeni ştamma daha tez reaksiya vermək üçün istifadə edilə bilər.
Elm adamları hesab edirlər ki, lazım gələrsə, 100 gün ərzində peyvəndin modifikasiyasını hazırlaya biləcəklər.