Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 152 yoluxma halı qeydə alınıb.

"Unikal"ın xəbərinə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 343 997-yə çatıb.

Son 24 saat ərzində ölkədə koronavirusdan 7 ölüm halı qeydə alınıb, bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 7 921 nəfərə çatıb.