Hindistanın Çattisqarh əyalətində kolluqdan yeni doğulmuş körpə tapılıb.
"Unikal" xəbər verir ki, atılmış uşağa dişi bir it sahiblənib, onu öz balaları ilə bərabər bəsləyib.
Körpə soyuq qış gecəsində dişi itin sayəsində həyata tutuna bilib.
Kəndlilər səhər kollardan səslərin gəldiyini görüb, onlar bir az da irəli gedərək yeni doğulmuş qız uşağı ilə qarşılaşıblar. Bundan sonra dərhal polisə müraciət olunub.
Bildirilib ki, hazırda müalicəsi davam etdirilən körpənin vəziyyəti yaxşıdır.
Ağarza Elçinoğlu