Ermənistanın keçmiş mədəniyyət naziri Asmik Poqosyan axtarışa verilib, onun barəsində qiyabi həbs qərarı çıxarılıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Bildirilir ki, Xarici Ölkələrdəki Ermənilərlə Mədəni Əlaqələr Cəmiyyətinin idarə heyətinin üzvü Qor Davtyan, təşkilatın sədri və Ermənistanın İsraildəki eks-səfiri Armen Smbatyan və Asmik Poqosyan cinayətkar sxem həyata keçiriblər.
Bununla da Asmik Poqosyan Armen Smbatyanın köməyi ilə İrəvanda yerləşən tarixi binanı qanunsuz satıb.