Suriya vətəndaşına 10 min dollar qarşılığında saxta pasport verməkdə şübhəli bilinən ABŞ-ın Beyrutdakı Konsulluğunun əməkdaşı İstanbul Hava Limanında saxlanılıb.
"Unikal" xəbər verir ki, şərti adı R.S adlı Suriya vətəndaşı 11 noyabr 2021-ci il tarixində saat 17:00-da saxta pasportla Almaniyaya getməyə cəhd edib. Yoxlama zamanı onun üzərindəki pasportun əslində ABŞ-ın Beyrutdakı konsulluğunda diplomat işləyən D.J.K adlı şəxsə aid olduğu müəyyən edilib.
Amerikalı diplomat saxlanılan zaman üzərindən 10 min dollar dəyərində pul və yenə öz adına olan pasport çıxıb.
İstintaq zamanı məlum olub ki, Suriya vətəndaşı ölkədən getmək istəyib və sənədi olmayıb. Bir müddət sonra polis suriyalını buraxıb.
Amerikalı diplomat barəsində isə məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.