“Buradan bir daha bəyan edirəm ki, Türkiyədə növbədənkənar seçkilər keçirilməyəcək və nöqtə”.
"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin parlament qrup iclasında çıxışı zamanı deyib.
O, ölkədə prezident və parlament seçkilərinin qanunla müəyyən olunmuş vaxtda keçiriləcəyini vurğulayıb:
“Türkiyə hüquq dövlətidir. Müəyyən edilən tarixdə seçki keçiriləcək”.