"ABŞ tezliklə Suriyanı tərk edəcək".
"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Burada sadəcə başa düşmək lazımdır ki, amerikalılar son nəticədə (Suriyadan) ayrılacaqlar. Onlar indi orada daha çox problemlərlə üzləşirlər... onlar öz qaydalarını tətbiq edirlər, lakin həqiqətən də bu strukturların həyati funksiyalarını təmin edə bilmirlər. Bundan başqa, orada qaçqınlar var, çoxlu quldurlar və terrorçular yığılıb...
Məncə, amerikalılar başa düşürlər ki, onlar orada narahatdırlar, lakin onlar orada olduqları müddətdə gözlənilməz hadisələrin qarşısının alınması baxımından bizim hərbçilər arasında kifayət qədər səmərəli dialoq var", - deyə XİN rəhbəri bildirib.
Ağarza Elçinoğlu