"ABŞ Ukraynaya içində kimyəvi silah olan konteynerləri çatdırıb, sonra isə onları Donbassdakı təmas xəttinə vertolyotla gətirib".
"Unikal" xəbər verir ki, bunu qondarma "Donetsk Xalq Respublikasının" xalq milislərinin sözçüsü Eduard Basurin bildirib.
Bu ərəfədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Amerikanın özəl hərbi şirkətləri Ukraynanın şərqində “kimyəvi komponentlərlə təxribat” hazırlayır.
"Hamıya məlumdur ki, Amerika Birləşmiş Ştatları Ukraynaya müxtəlif növ silahlar gətirib. Oktyabr ayında tədarüklərdən birinə antidot verilib... Kimyəvi silahın bir növü var - botulinum toksini, botulizmə səbəb olur və ya sadə dillə desək iflic edir. Noyabr ayında kimyəvi maddənin özü 40 mm-lik metal qablarda gətirilib, məsələn, qumbaraatanlarla istifadə olunur", - deyə Eduard Basurin əlavə edib.
Ağarza Elçinoğlu